Generatorların servis olunması

Biz “SSAL-2” MMC şirkəti olaraq, bütün növ generatorların periodik-texniki baxışını, ümumi təmir işlərini, yağdəyişməsini, montajını yüksək keyfiyyətlə, vaxtında və dəqiq həyata keçiririk. Generatorların daha uzun müddət və yüksək performans ilə istifadə edilməsi, ortaya çıxan qəzaların qısa bir müddət ərzində aradan qaldırılması və baş verə biləcək qəzaların meydana gəlmədən qarşısının alınması üçün generatorlara periodik baxış keçirilməsi vacibdir. Periodik texniki baxış xidmətinə aşağıdakı bəndlər daxildir:
- Generatora ümumi baxış keçirilməsi, yəni mühərrik hissəsinin qayışların, radiatorunun, havalandırma sisteminin, yanacaq və su borularının dinamonun sazlığının yoxlanılması, yağ və su səviyyəsinin yoxlanılması, generatorun alternator və beyin hissəsindəki kabelləşməsində ola biləcək boşluqların və nasazlıqların, elektron sistemin sazlığının yoxlanılması, eləcə də yağ, yanacaq, hava və su filterlərinə baxış keçirilməsi və s. daxildir.
- Aşkar olunmuş kiçik nasazlıqların imkan daxilində dərhal aradan qaldırılması.
- Generatorlara baxım olunması, yəni yağ, yanacaq, hava və su filterlərinin, yağ və antifrizinin dəyişdirilməsi. Akkumlyatorların yoxlanılması, ehtiyac olduqda akkumlyator suyunun əlavə olunması və ya akkumlyatorun dəyişdirilməsi.