''SSAL-2'' Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cu ildə təsis edilmişdir. ''SSAL-2'' MMC yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, elektrik avadanlıqlarının quraşdırılması və təchizatı fəaliyyətlərini ən yüksək səviyyədə yerinə yetirən enerji şirkətidir. Generatorların quraşdırılması və servis xidmətlərinin göstərilməsi yönündə yetərincə təcrübəyə malikdir. Bununla bərabər daxili və xarici elktrik xətlərinin çəkilməsi, layihələndirilməsi işləri də şirkətin əsəs fəaliyyət istiqamətlərindəndir. Şirkətimizin xidmətlərinə havalandırma, isitmə-soyutma sistemlərinin quraşdırılması və servis xidmətlərinin göstərilməsi də daxildir.
Missiyamız
"SSAL-2'' MMC olaraq istənilən miqyaslı və mürəkkəb layihələrin ən yüksək səviyyədə həyata keçirilməsinə zəmanət veririk. Peşəkarlıq, təcrübə və layihələrin güclü idarəetmə mədəniyyəti sayəsində şirkətimiz riskləri minimuma endirə və işlərin keyfiyyətlə həyata keçirilməsini təmin edə bilir. Bütün səylərimiz hər bir müştəri ilə güclü və uzunmüddətli ortaqlıq qurmağa yönəlib.
Əmək Təhlükəsizliyi
“SSAL-2” MMC-in uğurlu fəaliyyətinin əsasını onun peşəkar işçi heyəti təşkil edir. İşçilərinə xüsusi dəyər verən şirkətimiz, müştərilərə göstərilən xidmətlərin uğurlu icrası üçün peşəkar komanda şəklində fəaliyyətin təmin ediməsini daim diqqətdə saxlayır. İşçilərimizin sağlamlığı və təhlükəsizliyi hər şeydən önəmlidir. Bu fəlsəfə şirkətimizin əsas hərəkətverici qüvvəsidir. Çox sadə desək, heç bir hadisə və ya zədə almadan işimizi görməyə çalışırıq.